Litvada son sutka ərzində koronavirusa yoluxanların sayı 25 nəfər artaraq 299-a çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 4320 nəfər müayinə olunub. Son sutka ərzində koronavirusla bağlı götürülən 849 nəfərin analizinin 25-nin nəticəsi müsbət çıxıb.
Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
Qeyd edək ki, ölkədə bu günə qədər koronavirusdan 4 ölüm hadisəsi qeydə alınıb.