Ermənistanda iki aylıq uşaq koronavirusa yoluxub


Ermənistanda ana və iki aylıq körpəsi koronavirusa yoluxub.

APA-nın məlumatına görə, bu barədə Ermənistanın Səhiyyə naziri Arsen Torosyan bildirib.

Nazir onların hər ikisinin hazırda həkim nəzarəti altında olduğunu deyib. 

Qeyd edək ki, Ermənistanda ümumilikdə 329 nəfərdə koronavirus aşkarlanıb.