Ukraynada son sutkada koronavirusa yoluxanların sayı 92 nəfər artaraq, ümumilikdə 310 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bundan əvvəl ölkədə 218 nəfərin virusa yoluxduğu, beş nəfərin öldüyü, dörd xəstəninsə sağaldığı deyilirdi.