İran büdcənin 20 fazini koronavirusla mübarizəyə ayırdı 

 İran prezidenti Həsən Ruhani ölkənin illik büdcəsinin 20 faizini koronavirusa qarşı mübarizəyə ayrıldığını açıqlayıb.

Lent.az -ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, prezident onu da əlavə edib ki, İranın səhiyyə sistemi güclüdür və xarici sanksiyalara baxmayaraq, çox yaxşı təchiz olunub.

Koronavirusla mübarizə üzrə milli mənzil-qərargahın sessiyasında çıxış edən Ruhani deyib ki, ölkə büdcəsinin beşdə bir hissəsi – 1 trilyon rial COVID-19-la mübarizəyə ayrılıb.

“Bu, sanksiya altında olduğumuzdan dünya üçün təəccüblü ola bilər, buna baxmayaraq xəstəxanalar, enerjili tibb işçilərinin yaxşı təchiz olunmasını bacarmışıq”, - Ruhani əlavə edib.

Prezident əlavə edib ki, pandemiya ilə bağlı çətinliklərə baxmayaraq, İran cəmiyyəti sakit qalıb, hakimiyyət isə əhalini vacib olan hər şeylə təmin edir. Bu günə olan məlumata görə, İranda yeni növ koronavirusla 32 332 yoluxma təsdiqlənib.