Azərbaycanda indiyədək 53 mindən çox insan COVID-19 testindən keçib


Bu gün Azərbaycanda 3018 nəfər koronavirus testindən keçirilib.

APA xəbər verir ki, bu barədə Tibbi Ərazilərin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumata əsasən, ümumilikdə testdən keçənlərin sayı 53 011 nəfərdir. Reanimasiyada olan xəstə sayı 8, süni tənəffüs cihazında olan xəstə sayı 2 nəfərdir.

Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 822, virusdan ölənlər 8, sağalan xəstə sayı 63, aktiv xəstələrin sayı isə 751 nəfərdir.