Gələn həftədən etibarən Rusiya Federasiyasının Xantı-Mansi muxtar dairəsində özünütəcrid rejiminə nəzarət etmək üçün üz tanıma sistemindən istifadə edəcək.
Bu barədə “RİA Novosti” regionun rəhbəri Natalya Komarovaya istinadla məlumat verib.
“Təhlükəsiz şəhər” adlı üz tanıma modulu ilə vətəndaşların evdən kənarda olmasına nəzarət ediləcək”, - deyə o, bildirib.
Onun sözlərinə görə, monitorinq nəticələri özünü təcridetmə qaydalarını pozanlara cərimələr tətbiq etmək üçün əsas olacaq.
Qeyd edək ki, muxtar dairədə vətəndaşların məcburi şəkildə təcrid olunması rejimi mayın 1-dək uzadılıb.