Əlcəzairdə 256, Misirdə 135 nəfər koronavirusdan öldü

 Afrikada koronavirusdan ölənlərin sayı artır.
APA-nın “Anadolu” agentliyinə istinadən məlumatına görə, Əlcəzairdə ötən gün 21 nəfər COVID-19-dan dünyasını dəyişib. Bununla da ölkədə pandemiyadan ölənlərindən sayı 256 nəfər olub.

Misirdə isə ötən gün 19 nəfər koronavirusdən ölüb. Ölkədə pandemiyadan ölənləri sayı 135-ə çatıb.