Son xəbərlərə görə, bütün dünyanın gözlədiyi xəbər İngiltərədən gəldi. Okford Universitetindən Peyvənd Elmləri professoru Gilbert bildirir ki, peyvənd iki həftə ərzində insanlar üzərində sınaqdan keçirilə bilər.
Britaniyanın "Tayms" qəzetinə danışan Oksford Universitetinin Peyvənd Elmləri professoru Sarah Gilbert, koronavirusa qarşı vaksininin sentyabr ayında hazır ola biləcəyini açıqlayıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, prof. Gilbertin rəhbərlik etdiyi komandanın sentyabr ayında peyvəndi inkişaf etdirəcəyinə "80 faiz əmin olduğunu" söyləyib.
"Tayms" Gilbertin peyvənd elminin dünyadakı aparıcı professorlarından biri olduğunu vurğulayıb. Koronavirus peyvəndi iki həftə sonra insanlarda sınaqdan keçirilə bilər.
İngiltərə hökuməti əvvəlcədən elan edib ki, peyvənd sınaqları müsbət nəticə verərsə, milyonlarla doz peyvəndin inkişafını maliyyələşdirə bilər.
Hazırda dünyanın bir çox ölkəsində peyvəndlərin hazırlanması üzərində işlər fövqəladə sürətlə gedir.
Avstraliyada elm adamları təxminən 10 gün əvvəl heyvanlar üzərində iki potensial peyvənd tərkibi ilə təcrübələr aparmağa başlayıblar.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Oksford Universiteti və ABŞ-da fəaliyyət göstərən İnovio Ecza şirkəti ilə birgə hazırlanmış vaksinlərin sınağını təsdiqləyib.
Avstraliyanın milli elm agentliyi laboratoriya sınaqlarının nəticələrini qiymətləndirəcək və peyvəndin insanlara sınaqdan keçirilməsinin təhlükəsiz olub-olmamasına qərar verəcək.
ABŞ-da Pittsburgh Tibb Məktəbinin alimləri mikro iynə lent şəklində peyvəndin siçanlarda uğurla sınaqdan keçirildiyini açıqlayıb.
Pittsburq Universitetinin komandası, ABŞ-ın Qida və Dərman İdarəsinə (FDA) müraciət edərək 'PittCoVacc' (Pittsburgh Corona Virus Vaksini) adlı qrupun insanlara ilk mərhələ sınaqlarını ən qısa müddətdə başlatmalarına icazə verib.
İnsanlara peyvəndin effektivliyi və təhlükəsizliyi üçün aparılan tədqiqatlar ən azı bir il çəkir. Bununla birlikdə, mikro iynə peyvəndinin digər peyvənd araşdırmalarından fərqli olduğu və klinik sınaq müddəti də fərqli ola biləcəyi ifadə edilir.
Turan