Fransada yeni növ koronavirusun müalicəsində istifadə edilən xloroksininin (Kovid-19) 10 gün ərzində xəstələrin 91,7 faizini sağaldıb. Prof. Dr. Didier Raoult Prezident Emmanuel Makron ilə görüşüb, xloroksinin istifadəsinə icazə istəmişdi.
Fransız mətbuatında yer alan xəbərlərə görə, Marseldəki Aralıq dənizi İnfeksion İnstitutunun professoru. Dr. Didier Raoult tərəfindən aparılan bir araşdırma nəticəsində, malyariyanın müalicəsində istifadə edilən xloroksinin koronavirus daşıyan 1061 adamda istifadə edildiyi qeyd edilib. Bu insanların 91,7 faizi 10 gün ərzində virusdan sağ çıxıb, 74-95 yaşında olan xəstələrin 0,5 faizi isə ölüb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Didier Raoult ölkədə Kovid-19-un müalicəsində xloroksinin istifadəsini iddia edən bir həkim kimi tanınır. Raoult aprelin 9-da Prezident Emmanuel Makronla görüşüb. Fransada, Kovid-19-un müalicəsində xloroksinin istifadəsinə Baş nazir Fərmanı ilə icazə verilib.
Xatırladaq ki, Fransa hökuməti xloroksinin ixracına qadağa qoymuşdu.
Turan