Son sutka ərzində Özbəkistanda COVID-19 virusuna yoluxanların sayı 73 nəfər artaraq 767-yə çatıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dünən axşam xəstələrin biri də həyatını itirib və ölənlərin sayı dördə çatıb.
Virusa yeni yoluxma halları karantində olanların hesabına artıb. İndiyədək ölkədə koronavirusdan 42 nəfər sağalıb. Hazırda Özbəkistanda stasionar və ev şəraitində karantində təxminən 90 min nəfər var.