Türkiyənin Bayburt şəhərinin əhalisi bütün dünyaya örnək olacaq bir addım atıb.
Axar.az xəbər verir ki, ölkə rəhbərliyinin bu şəhərin əhalisinə evdən çıxmamaqla bağlı tələb irəli sürməməsinə baxmayaraq, əhalisi olduqca zəruri hallarda evdən çıxır. Şəhərin bütün küçə və meydanları demək olar ki, boşdur. Bayburtlular sadəcə bütün ölkə boyu edilən “Evdə qal” çağırışlarına əməl edirlər.
Şəhərin ən sıx yerləri olan Cümhuriyyət keçəsi, Tarixi Saat Qülləsi meydanı, Saray baxçası, Çoruh çayı sahili belə boş qalıb.