Türkiyədə daha bir siyasətçi koronavirusa yoluxub.
“Sherg.az”ın “Milliyet.com.tr”yə istinadən verdiyi məlumata görə, “Covid 19” testləri pozitiv çıxan tanınmış siyasətçi Müstəqil Türkiyə Partiyasının sədri Heydər Başdır.
Partiya sədrindən əlavə onun ailəsinin 8 üzvü də koronavirusa yoluxub. Heydər Başın doğulduğu Trabzonda özəl bir xəstəxanada 5 gündür yatdığı deyilir. Məlumata görə, bir müddət sonra partiya rəhbərinin vəziyyəti pisləşdiyi və nəfəs almaqda çətinlik çəkdiyi üçün reanimasiyaya yerləşdiriblər. MTP təmsilçiləri sədrləri H.Başın virusa qarşı mübarizədən qalıb çıxacağını ümid edirlər.