Mayın 9-da parad olmayacaq


Böyük Vətən Müharibəsində əldə edilən qələbənin 75 illiyi münasibətilə Moskvada 9 mayda keçirilməsi nəzərdə tutulan Qələbə Paradının vaxtı dəyişdirilib.

Axar.az RBK-ya istinadən xəbər verir ki, bu barədə Kreml artıq qərar verib və həftə ərzində rəsmi açıqlama yayımlanacaq.

Daha dəqiq desək, Rusiya Prezidenti Vladimir Putin aprelin 16-da Təhlükəsizlik Şurasının iclasında bu barədə qərarını açıqlayacaq.