Koronavirus epidemiyasının Türkiyədə yayılmasından sonra bütün gününü xəstəxanada keçirən və bütün işləri yaxından təqib edən Orhangazi dövlət xəstəxanası baş həkimi Op. Dr. Ferit Alaybeyoğlu, bəzi narahatlıqlara görə ehtiyat olaraq koronavirus testindən keçdi. Nəticələr müsbət oldu.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, test nəticələrindən sonra baş həkim Orhangazi xəstəxanasında karantinə alınıb. Dr. Alaybeyoğlunun müalicəsinə başlanılıb. Onun ümumi vəziyyətinin yaxşı olduğu bildirilir.
Turan