Son dəqiqə gələn xəbərə görə, Türkiyənin İYİ partiyasının sədri Meral Akşenerin köməkçisi ikinci koronavirus testindən keçib.
Hürriyet qəzetinin yazarı Gamze Kolcu'nun xəbərinə görə, Akşenerin evindəki 20 yaşlı köməkçisinin COVID-19 sınağı müsbət olub. Bunun üzərinə "illərdir evimizin bir hissəsi" deyən Akşenerin köməkçisi öz evində karantinə alınıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, heç bir simptom göstərməsələr də, Akşener, həyat yoldaşı Tuncer Akşener və oğlu Fatih Akşener də testdən keçiblər və nəticələr mənfi olub. Akşener ailəsi bazar ertəsi günü ikinci sınaqlarını edib. Dünən səhər başa çatan ikinci sınaqlar da mənfi olub.
Turan