Türkiyə genişmiqyaslı əməliyyata başladı: 59 ölkədən 25 min vətəndaş…


“Yeni tip koronavirusla mübarizədə Türkiyə dünyanın hansı bölgəsində olmasından asılı olmayaraq vətəndaşlarının yanındadır”.

Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin köməkçisi Fuad Oktay “Twitter” hesabında yazıb

 “Epidemiyaya qarşı aparılan çətin mübarizə prosesində dünyanın dörd tərəfindən 25 min vətəndaşımızı ailələri ilə qovuşdurduq. İndi də Prezidentimizin göstərişi ilə 59 ölkədən təxminən 25 min vətəndaşımızın yaxınlaşan Ramazan ayını və bayramı evlərində keçirə bilmələri üçün XİN, DİN, Nəqliyyat və İnfrastruktur, Səhiyyə, Gənclər və İdman nazirlikləri ilə birlikdə genişmiqyaslı əməliyyat başlanıb.

Məqsədimiz vətəndaşlarımızın mübarək Ramazan bayramında sevdikləri ilə birgə olmasını təmin etməkdir”, - deyə F.Oktay bildirib.