Qırğızıstan Respublikasında koronavirus infeksiyasına yoluxma hallarının sayı 554-ə çatıb.
APA “RİA Novosti”yə istinadən bildirir ki, bu gün ölkədə daha 48 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.
Məlumata görə, yeni yoluxanlar arasında 18 tibb işçisi də var.
Qeyd edək ki, bununla da Qırğızıstanda COVID-19 virusuna yoluxanların sayı 554 nəfərə çatıb, onlardan 134 nəfəri tibb işçisidir. Beş nəfər ölüb.