Koronavirusla bağlı mövcud testlərin yalnız 70 faizi düzgün nəticə göstərir.
Axar.az xəbər verir ki, bunu Löven Katolik Universitetinin professoru Patrik Vankrunkelsven deyib. O bildirib ki, testlər təxminən 30 faiz hallarda yanlış nəticə verir:
"Testin nəticəsinin yanlış çıxmasının bir çox səbəbi var: burun nümunəsində qeyri-kafi miqdarda virus, daşınma şəraiti və testin özünün səhv olması. Yəni, test həmişə etibarlı deyil. Testin dəqiqliyi ilə bağlı tam arxayınlıq yoxdur. Testdən keçən bütün yoluxmuş insanların yalnız 70 faizində müsbət nəticə çıxıb və digər hallarda isə infeksiyanın olmaması ilə bağlı səhv nəticə verib”.