Operativ qərargahdan bildirilib ki, yeni aşkarlanan halların 43%-də kliniki əlamətlər müşahidə edilməyib
Rusiyada bir gündə koronavirus aşkarlananların sayı 6060 nəfər olub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bununla ümumi yoluxanların sayı 42853-ə çatıb. Koronavirusun yayılması ilə mübarizə üzrə operativ qərargahdan bildirilib ki, yeni aşkarlanan halların 43%-də kliniki əlamətlər müşahidə edilməyib.
SARS-CoV-2 koronavirusunun törətdiyi COVID-19 xəstəliyi bir sutka ərzində Rusiyada 48 can alıb. Ölkədə bu infeksiyadan ölənlərin sayı 361 nəfər olub. Sutka ərzində koronavirusdan sağalananların sayı 234 nəfər olmaqla ümumilikdə 3291-ə çatıb.
Qərargahın məlumatında bildirilir ki, ən çox yoluxma halına Moskvada rast gəlinib – 3570 nəfər. İkinci yerdə Moskvaətrafı – 709, sonra isə Nijeqorod vilayəti – 129 – qərarlaşıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 252 000-i ötüb. Bunların 574 818 nəfəri sağalıb, 154 331 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.