İspaniyada bir gündə 4 218 nəfər koronavirusa yoluxub, 410 nəfər vəfat edib


İspaniyada son sutka ərzində koronavirusdan 410 nəfər vəfat edib.

APA-nın məlumatına görə, ölkənin Səhiyyə Nazirliyindən bildirilib ki, bununla da, epidemiya başlayandan ölənlərin ümumi sayı 20 453 nəfər olub.

Sutka ərzində 4 218, ümumilikdə 195 944 nəfər koronavirusa yoluxub, 77 357 nəfər sağalıb.