Estoniyada daha 16 nəfər koronavirusa yoluxub


Estoniyada son sutka ərzində daha 16 nəfər koronavirusa yoluxub.

APA bildirir ki, bu barədə Estoniyanın rəsmi qurumları məlumat yayıb.

Beləliklə, koronavirusa yoluxanların sayı 1528-ə çatıb.

Qeyd edək ki, indiyədək bu ölkədə koronavirusdan 40 ölüm faktı qeydə alınıb.