Marneulidə yerləşən "Geo Hospital" klinikasından sevindirici açıqlama gəlib.
24News.ge xəbər verir ki, klinikanın direktoru Tata Şenqeliya açıqlama verərək ötən gün 6 nəfər şəxsin koronavirus şüphəsi ilə testləri götürüldüyünü bildirib.
Həkim Şenqeliya qeyd edib ki, testlərdən bu gün xoş xəbər alınıb və onların hamısının cavabı mənfi çıxıb.
Klinika direktoru onuda əlavə edib ki, hazırda virusla bağlı heç bir şüphəli şəxs yoxdur və ümid olunur ki, sabahda olmayacaq.
Səhiyyə nazirliyi isə vətəndaşları bir daha diqqətli olmağa çağırır. Nazirlik virusun yayılma hədinin ölkədə daxili yayılma səviyyəsinə keçdiyi üçün, vətəndaşlara maksimum dərəcədə zərurət yaranmadığı təqdirdə evdə qalmağa çağırır və belə olan halda xəsdəliyin yayılma tempinin qarşısının alına biləcəyi bildirilir.