Bu gün günorta saatlarında Mixeil Saakaşvilinin Tbilisidəki prezident kitabxanasında yanğın baş verib.
24News.ge Birinci kanala istinadən xəbər verir ki, fövqəladə Hallar Xidmətindən verilən məlumata görə , hazırda yanğın lokallaşdırılıb və qəzada heç kim xəsarət almayıb.
“Yanğın ofis inventarında 15 kvadratmetrə ziyan vurub. 4 yanğınsöndürmə briqadası hadisə yerində olub və heç bir xəsarət alan yoxdur”, - deyə Fövqəladə Hallar Xidmətindən bildirilib.