İranda koronavirusa yoluxaraq ölənlərin sayında azalma müşahidə edilsə də, epidemiyanın öhdəsindən tam gəlmək hələ də mümkün olmayıb.
AZƏRTAC xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur bildirib.
Onun sözlərinə görə, son 24 saat ərzində İranda virusa yoluxanların sayı 82 min 211 nəfərə, ölənlərin sayı isə 5118-ə çatıb.
Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 57 min 23 nəfər sağalaraq evə buraxılıb. Bu günədək İranda 341 min 662 nəfər testdən keçirilib.
Mətbuat katibi karantin şərtlərinin yumşaldılmasına da münasibət bildirib. O deyib ki, insanlar bazar və dükanlarda mütləq sosial məsafə gözləməli və tibbi maskadan istifadə etməlidirlər.