Mehmet Akif Ersoyun evi gözəllik salonuna çevrildi - FOTO


Türkiyənin dövlət himninin müəllifi Mehmet Akif Ersoyun  11 ay Beylerbeyidə yaşadığı evinin indi bir gözəllik mərkəzi olaraq istifadə edildiyi ortaya çıxıb. 

Məlum olub ki, məşhur türk müğənni Sezen Aksu, İstiklal marşının müəllifi Mehmet Akif Ersoyun bir dönəmlər Beylerbeyində yaşadığı evini 2011-ci ildə 350 min TL-yə satın alıb.



Sherg.az türk mediasına istinadən xəbər verir ki, S. Aksu, 3 mərtəbəli olan evi  2014-cü ildə 500 min TL xərcləyərək təmir etdirib. İndi isə məlum olur ki, həmin ev Safiye Turan adlı bir şəxsə  gözəllik mərkəzi olaraq icarəyə verilib. Mehmet Akif Ersoyun  şeir və yazı yazdığı evdə hazırda dəriyə qulluq, manikür, pedikür və saxta kirpiklər düzəldilir.

Binada "Safiye Turan Gözəllik Studiyası" adlı gözəllik mərkəzinin adının yazılmaması diqqət çəkir. Sezen Aksunun evi icarəyə verməzdən əvvəl tez-tez Turanla görüşdüyü və Beylerbeyində bir yer etmək istəyən kosmetoloqa evindən bəhs etdiyi bildirilir.

 Mehmet Akif Ersoy Beylerbeyi ətrafında iki evdə qalıb. 1908-ci ildən əvvəl yaşadığı və hazırda Sezen Aksuya məxsus evdə təxminən bir il yaşadığı deyilir. Bu vaxtlar məhəllənin yaşlı insanları Aksu evi alan zaman sənət və şair evi olur deyə məmnun olduqlarını bildirmişdilər. Eyni zamanda qonşular da "Sezen burada şeir yazar" deyə düşünürdülər, lakin bu hala gəldiyinə görə üzüldüklərini söyləyirlər.

Turan