Hakerlər bu məşhurların şəxsi məlumatlarını ələ keçirdilər


Ledi Qaqa, Madonna, Meray Keri, Kristina Aqulera, Niki Minaj kimi məşhurların şəxsi məlumatları hakerlər tərəfindən ələ keçirilib.

Qafqazinfo xəbər verir ki, ulduzların çalışdığı hüquq şirkətinə hücum olunaraq adı çəkilən sənətçilərin müqavilələri, gizli sənədləri, elektron ünvanları, telefon nömrələri və özəl yazışmaları oğurlanıb.

Haker qrupu hücumun doğru olduğunu sübut etmək üçün Madonnanın "Madame X" konsert turu zamanı imzalanan bütün müqavilələri "dark web" adlı gizli saytda yayıb. Onlar "Grubman Shire Meiselas & Sacks" şirkətindən külli miqdarda pul tələb ediblər.

Mövzu barədə sözügedən şirkət məlumat yayaraq, müğənnilərin şəxsi məlumatlarının ələ keçirildiyini elan edib: "Kiber hücumuna məruz qalmışıq. Bütün əməkdaşlarımız səfərbər olub və dünyanın ən yaxşılarını ətrafımıza toplamışıq. Bu hadisədən üzüağ çıxacağıq".