Dəhşətli koronavirus xəbərdarlığı: Plan olmasa, tarixin ən qaranlıq qışı ilə qarşılaşacağıq


Ən son xəbərlərə görə, ABŞ-ın keçmiş Biomedical Advanced Araşdırma və İnkişaf Agentliyinin (BARDA) direktoru Rick Bright, "Yeni növ koronavirus (covid-19) epidemiyasına qarşı payıza qədər bir plan ortaya qoyulmazsa, ABŞ müasir tarixin ən qaranlıq qışı ilə qarşılaşacaq" deyə bildirib. 

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Nümayəndələr Palatasının Enerji, Ticarət və Sağlamlıq alt komitəsinin üzvləri ABŞ administrasiyasının Kovid-19-la bağlı mübarizəsinə dair iclasını keçirib.

Aprel ayına qədər BARDA-nın direktoru vəzifəsini daşıyan, ancaq "Prezident Donald Tramp administrasiyasını tənqid etdiyinə görə işdən çıxarıldığı" iddia edilən epidemiya və peyvənd mütəxəssisi  Dr. Bright iclas zamanı ona verilən sualları cavablandırıb.

Tramp administrasiyasının epidemiya ilə mübarizədə yetərli olmadığını vurğulayan Bright, ABŞ şirkətlərindən yanvar ayının əvvəllərində maskalar və əlcəklər kimi tibbi avadanlıqların  tükənməsi barədə xəbərdarlıq aldıqlarını bildirib.


Amerika xalqının epidemiya ilə bağlı həqiqəti eşitməli olduğunu ifadə edən Bright, ABŞ rəhbərliyinin təcili olaraq epidemiyaya qarşı hərtərəfli və milli plan hazırlamalı olduğunu vurğulayıb.

Bright sözlərinə belə əlavə edib:

"Dünyada ən yaxşı elm adamları bizdədir. Bu prosesi idarə etmək gərəkir. Gəlin cəza qorxusu olmadan danışaq.
Qorxuram ki, elmə əsaslanan milli və əlaqəli bir plan hazırlaya bilməsək, epidemiya daha da pisləşəcək, uzanacaq və görünməmiş xəstəliklərə və ölümlərə səbəb olacaq. Kovid-19 təhlükəsinə qarşı payıza qədər milli bir plan irəli sürülməsə, ABŞ müasir tarixin ən qaranlıq qışı ilə qarşılaşacaq".

Turan