Daha bir ölkə sərhədlərini turistlərin üzünə açır

İslandiya hökuməti növbəti aydan ölkə sərhədlərini turistlərin üzünə açmağa hazırlaşır.
Bu barədə “Forbes” məlumat yayıb.
İslandiyada bu günə qədər yalnız 15 nəfərin koronavirus testi müsbət çıxıb, son beş gündə isə yeni yoluxma halı qeydə alınmayıb.
İslandiyanın Baş naziri Katrin Yakobsdottir bildirib ki, ölkə öz sərhədlərini iyunun 15-dən gec olmayaraq xarici turistlərin üzünə açacaq.
İslandiyaya səyahət edən şəxslər iki həftəlik karantinə alınmayacaq, amma onlar nəticəsi bir neçə saat sonra məlum olan COVID-19 testini vermək məcburiyyətindədirlər.
Hazırda İslandiyaya uçuşlar ancaq Boston, London və Stokholm şəhərlərindən yerinə yetirilir.