Yunanıstanda ölkədaxili səyahətlərə icazə veriləcək


Mayın 18-dən başlayaraq Yunanıstanda ölkədaxili səyahətlərə icazə veriləcək.

Trend-in məlumatına görə, bunu ölkə hökumətinin rəsmi nümayəndəsi Stelios Petsas deyib.

Onun sözlərinə görə, Yunanıstanın kontinental hissəsi ilə yanaşı Krit adasına gəmi səfərləri açılacaq.

Bundan başqa, mayın 18-dən lisey və gimnaziyaların birinci və ikinci sinif şagirdləri dərslərə qayıdacaq.

Ölkə ərazisində 500-dən çox çimərlik də müəyyən məhdudiyyətlərlə açılacaq.

Qeyd edək ki, bu günədək Yunanıstanda 2 770 nəfər koronavirua yoluxub, onlardan 156 nəfəri ölüb, 1 374 nəfəri sağalıb.