İyun ayından etibarən İtaliya sərhədlərini tamamilə açacaq


İtaliya hökuməti iyunun 3-dən etibarən sərhədləri Avropa İttifaqı ölkələrindən gələn hər kəs üçün açıq elan edib.

AZƏRTAC xəbər verir ki, hökumətin verdiyi qərara əsasən, ölkəyə bütün yollarla (hava, quru və su) giriş-çıxış sərbəst olacaq və karantin rejimi tətbiq edilməyəcək. Qərar Baş Nazir Cüzeppe Konte tərəfindən imzalanıb.

Qərara əsasən, İtaliyanın daxilində də gediş-gəliş tam sərbəst olacaq. Yalnız hər hansı kütləvi yoluxma olacağı halda həmin ərazi karantinə alınacaq.

Mayın 18-dən isə İtaliyanın regionları daxilində sərbəst hərəkətə icazə veriləcək. Həmçinin bütün ticarət, iaşə, xidmət obyektləri fəaliyyətini bərpa edəcək.

Qeyd edək ki, indiyədək İtaliyada koronavirusdan 31 min 600 nəfər ölüb.