Belarusda koronavirusa yoluxan və bu infeksiyadan ölənlərin sayı artmaqdadır


Belarusda son sutkada koronavirusa (COVID-19) 2856 nəfər yoluxub, 14 nəfər isə bu infeksiyadan ölüb.

AZƏRTAC xəbər verir ki, Belarus Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, hazırda ölkədə koronavirusa yoluxanların sayı 28 min 681 nəfərdir. Onlardan 9 min 498 nəfəri tam sağalaraq evə buraxılıb, 160 nəfər isə həyatını itirib.

İndiyədək Belarusda koronavirusla bağlı 335 mindən artıq test aparılıb. Testlərin aparılması üçün ölkədə 25 laboratoriya fəaliyyət göstərir.