Son 24 saat ərzində İranda koronavirusa 1757 yoluxma halı aşkar edilib, 35 nəfər isə ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 118 min 392 nəfərə, ölənlərin sayı isə 6 min 937 çatıb.
Xüsusi rejimli xəstəxanalarda müalicə alan 93 min 147 nəfər sağalaraq evə buraxılıb.
Nazirliyin açıqlamasında qeyd olunur ki, intensiv terapiya şöbəsində yatan 2 min 716 nəfərin vəziyyəti ağırdır.