Ruanda soyqırımını maliyyələşdirən Felisen Kabuqa Fransada saxlanılıb.
Axar.az xəbər verir ki, 25 ildir axtarışda olan F.Kabuqa Parisdəki evində həbs edilib.
Məlumata görə, Beynəlxalq Arbitraj Məhkəməsi onu Ruanda soyqırımının törədilməsini təşkil etməkdə günahlandırıb.
Qeyd edək ki, 84 yaşlı Kabuqa yüzminlərlə insanın ölümünə səbəb olmaqda ittiham edilir. O, 1994-cü ildə Ruanda soyqırımından sonra İsveçrəyə sığınıb. Bu ölkədən qovulduqdan sonra Konqoya gedib.
F.Kabuqa 1997-ci və 2003-cü ildə Keniyanın paytaxtı Nayrobidə təşkil edilən polis əməliyyatlarından da qaçmağı bacarıb.