Ermənistanın paytaxtı İrəvanda yerləşən qocalar evində koronavirusa yoluxma faktı qeydə alınıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə nazirliyinin mətbuat katibi Alina Nikoqosyan deyib.
“Norksdakı qocalar evində yaşayan 40-dan çox ahıl şəxsin koronavirus infeksiyasına yoluxması aşkarlanıb. Pansionatın bəzi işçilərinin də infeksiyaya yoluxması təsdiqlənib.
İnfeksiya daşıyıcılarının yaşı və xroniki xəstəliklərini nəzərə alsaq bu çox təhlükəli haldır. Artıq iki gündür ki, həkimlər virusa yoluxanların müalicəsi üçün həmin əraziyə göndərilib”-deyə, o bildirib.