Fransada COVID-19 infeksiyası qurbanlarının sayı daha 96 nəfər artıb


Fransada son sutkada yeni növ koronavirus infeksiyasından daha 96 nəfər ölüb, ölənlərin ümumilikdə sayı 27 625-ə çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“17 412 nəfər xəstəxanalarda, 10 213 nəfərsə ictimai və tibbi-sosial müəssisələrdə ölüb”, - deyə məlumatda qeyd olunub.

19 432 nəfər hazırda xəstəxanalarda qalır. Son sutka ərzində xəstəxanalara 350 yeni xəstə qəbul olunub. 2132 nəfər reanimasiya şöbələrindədir.

“Epidemiyanın başlanğıcından bəri 98 449 nəfər xəstəxanalara müraciət edib, onlardan təxminən 17 500-ü reanimasiya şöbələrində olub. 61 066 nəfər evə buraxılıb”, - məlumatda belə deyilir.