Ukraynada Ramazan bayramının dövlət dini bayram kimi qeyd edilməsi üçün yaxın günlərdə fərman imzalanacaq.
AZƏRTAC Ukrayna Prezidenti Ofisinin saytına istinadla xəbər verir ki, bu barədə Prezident Vladimir Zelenski krım tatarlarının nümayəndələri ilə görüşündə məlumat verib.
Prezidentin sözlərinə görə, həmçinin Kiyevdə yeni məscidin tikintisinə göstəriş veriləcək. “Bununla bağlı krım tatarlarından layihələndirməni gözləyirəm”, - deyə V.Zelenski əlavə edib.
V.Zelenski vurğulayıb ki, krım tatarları Ukraynanın yüksək siyasi vəzifələrində yer tutmalıdır. Ona görə də, Əminə Cabbarovanın Ukrayna Xarici İşlər nazirinin birinci müavini vəzifəsinə təyin olunması barədə razılığını verib.