Putin Trampdan kömək istədi


ABŞ Rusiyaya 200 ədəd süni tənəffüs aparatı göndərəcək. Bu barədə TASS-a Vaşinqton administrasiyasının yüksək ranqlı nümayəndəsi məlumat verib.

ABŞ rəsmisi Rusiya prezidenti Vladimir Putinin prezident Donald Trampdan koronavirusla mübarizədə yardım istədiyini deyib: “Prezident Putinin yardım göstərilməsi təklifinə cavab olaraq prezident Tramp Rusiya xalqına 200 süni tənəffüs aparatı bağışlamağı təklif edib”. (Musavat.com)