"Yarasa qadın"dan bədbin proqnoz: Koronavirusdan da betəri olacaq


 Gördüyü işlərə görə "yarasa qadın" adlnadırılan Çinin Uhan şəhərindəki Virusologiya İnstitutunun həkimi Şi Zenqli bu dəfəki çıxışında vəhşi heyvanlarda olan xəstəliklərin də öyrənilməsinin vacibliyindən bəhs edib:

"İnsanları bundan sonrakı xəstəliklərdən də qorumaq istəyiriksə, o zaman vəhşi heyvanların daşıdığı virusları bilməli, bunları da dərindən öyrənməliyik. Bu istiqamətdə işlər aparmasaq, daha çox pandemiya baş verə biləcək".

"Koronavirus aysberqin görünən hissəsidir", - deyə əlavə edən çinli həkim yeni virusların aşkarlanması, öyrənilməsi istiqamətində təcili və zəruri addımların atılmasının vaciblyiini vurğulayıb. (Sputnik.az)

Qeyd edək ki, bu dəqiqəyə olan son rəqəmlərə görə, hazırda dünyada 5.5 milyondan şəxs bu virusa yoluxub, 350 mindən artıq şəxs isə dünyasını dəyişib.