Neft bazarı hələ də kövrək vəziyyətdədir.
Axar.az xəbər verir ki, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.
“Yeni tip koronavirusla bağlı karantin tədbirlərinin tədricən yumuşaldılması və qismən iqtisadi artım neftə olan tələbatın bərpa olunmasına səbəb oldu. Neft hasilatının azaldılması ilə bağlı birgə fəaliyyətin müsbət təsirini görürük. Buna baxmayaraq, neft bazarı hələ də kövrəkdir”, - rusiyalı nazir bildirib.
Qeyd edək ki, OPEK+ ölkələri nazirlərinin növbəti iclasında heft hasilatının hazırki səviyyədə azaldılmasının müddətinin bir ay uzadılması barədə razılıq əldə olunub.