100 yaşlı  kişi Covid-19-dan sağalıb


Ən azı 100 yaşında olduğu güman edilən Efiopiyalı kişinin koronavirusdan müalicə olunub sağalması "inanılmaz" hadisədir, həkimlərdən biri BBC-yə deyib.

Ailəsinin sözlərinə görə, Aba Tilahun Woldemichaelin 114 yaşı var, lakin bu iddianı təsdiq edən doğum şəhadətnaməsi yoxdur.

80 yaşdan yuxarı insanlar virusun təsirinə daha həssas sayılır.