İşsizlikdən sığorta fondunun 2025-ci il üzrə gəlir və xərcləri 260 700 000,0 manat məbləğində proqnozlaşdırılır.
Sherg.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanunda əksini tapıb.
İşsizlikdən sığorta fondunun 2025-ci il üzrə xərclərinin maliyyələşmə mənbəyi aşağıdakılardır:
- İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri - 206 400 000,0 manat;
- İşsizlikdən sığorta fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən - 54 300 000,0 manat.