Bu yaşdan uşaqların ürəyində problem yarana bilər

Alimlər "JAMA Cardiology" dərgisində son elmi tədqiqatın nəticələrini dərc ediblər.

“Medicina” xəbər verir ki, onlar 3-16 yaş arası 1500 uşağın sağlamlıq vəziyyətini illərlə yoxlayıb.

Fərdi olaraq bunlar qeydə alınıb:

- qidalanma
- fiziki aktivlik
- yuxu
- bədən kütləsi
- təzyiq
- siqaret, passiv siqaret
- zərərli vərdişlər
- Eləcə də qan dəyərləri

Bu müddət ərzində iştirakçıların ildə bir dəfə ürəyi yoxlanılıb.

Məlum olub ki, uşaqlarda ürək-damar sistemi artıq 10-12 yaşından bütün qruplarda artır. Əgər uşaq pis qidalanıb, az hərəkət edirsə, onun ürək-damar sistemi 10 yaşından yoxlanmalıdır.

Məhz 10 yaşdan sonra uşaqlar öz seçimi ilə fast-fud yeyir,küçədə qidalanır və məktəbdə vaxt keçirir.

Uşaqda artıq ürək-damar problemi olduğunu göstərən əlamətlər:

- fiziki iş, idman zamanı tez yorulur
- Oyun və qaçış zamanı həddən artıq çox təngnəfəslik, tənəffüsdə çətinlik
- Sinədə göynəmə hissi

- taxikardiya və ritm pozulması
- Ayaq və qarında şişkinlik
- Çox tərləmə
- Yuxu pozulması

Bu zaman uşağı kardioloji müayinə etdirmək lazımdır.