Təyyarə qəzası: ABŞ-nin dəlilləri Rusiyanı göstərir

Ağ Ev deyir ki, Milad günü Qazaxıstanda qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiya tərəfindən vurulduğunu sübut edən dəlilər var.

Sherg.az xəbər verir ki, ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi jurnalistlərə deyib: “Biz bu təyyarənin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulmuş ola biləcəyinə dair bəzi ilkin əlamətlər gördük”.

Kirbi, sübutların zədələnmiş təyyarənin yayılan görüntülərindən kənara çıxdığını söylədi, lakin ətraflı məlumat vermədi.

“Azərbaycan Hava Yolları” bildirilib ki, təhqiqatın ilkin nəticələrinə əsasən, təyyarənin “xarici fiziki və texniki müdaxilə nəticəsində” qəzaya uğradığını açıqlayıb.

“Bu, təyyarənin qalıqlarının yerdə görünməsi və şahidlərin ifadələri ilə sübuta yetirilir”, - Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

“Müdaxilə üçün istifadə edilən silahın növü araşdırma nəticəsində müəyyən olunacaq”, - deyə nazir əlavə edib.

Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər də sağ qalıb.

Kirbinin sözlərinə görə, ABŞ hökuməti Qazaxıstan və Azərbaycan hakimiyyətinə istintaqda kömək etməyi təklif edib.

Nazir Nəbiyev bildirib ki, “Embraer-190” təyyarəsində olan sərnişinlər və ekipaj gövdəsini deşən “müxtəlif iti cisimlər” nəticəsində xəsarət alıb.