78 yaşlı çempion: Şəkərdən, təzyiqdən xilas oldu
09:15 28.12.2024
Dünya
597
78 yaşlı inşaat mühəndisi Yaşar Dadak artıq çəkidən xilas olmaq qərarına gəlib və bu qərar həyatını əsaslı şəkildə dəyişib. Heç bir dərmana ehtiyac duymadan Balkan çempionluğunu qazanan Dadak hipertoniya, xolesterin və diabeti geridə qoyub. 300-dən çox yarışın demək olar ki, hamısını çempionluqla başa vurub.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən Yaşar Dadakın bu nailiyyəti necə əldə etdiyini bildirir. İdmanla məşğul olanadək konyalı inşaat mühəndisi Yaşar Dadak hipertoniya, xolesterin və şəkər xəstəliyindən əziyyət çəkirdi. Həkimlər onun ömür boyu təyin olunmuş dərmanlardan istifadə etməsi lazım ola biləcəyini söyləyib və idmanla məşğul ola biləcəyini də məsləhət görüblər. 78 yaşlı inşaat mühəndisi Yaşar Dadakın çəkisi 2014-cü ildə 106 kiloqram olub. Diqqət etmədiyi çəkinin zamanla diskomforta çevrildiyini bildirən Dadak, "2013-2014-cü illərdə 106 kilo idim. Bu, özümə çox diqqət etmədiyim və fikir vermədiyim üçün oldu”, deyən Y.Dadak həkimlərin "sonrakı həyatında xolesterin və hipertansiyon dərmanları ilə dost olacaqsan", sözündən sonra ona faydalı ola biləcək həll yolları axtarmağa başlayıb. Yaşar Dadak gün ərzində çox gəzməyə qərar verib. “Bu, poçtalyon gəzintisi kimidir, amma ritmi tuta bilmədiyim üçün qaçmağa başladım” deyən Dadak gecələr yürüşə çıxaraq səhər namazına qədər uzun müddət qaçdığını bildirib. Eyni zamanda dərmanlarının qəbuluna da davam edən Yaşar Dadak ökseotu yeməyə başlayıb. Lakin o, bədəninin pisləşdiyini anlayanda aptekə gedib və ökseotunun təzyiqi aşağı saldığını anlayıb. İdmanla əldə etdiyi vəziyyətdə dərman istifadə etmədiyini deyən Dadak özünü əvvəlkindən çox daha sağlam hiss edir. İdmanını əzmlə davam etdirərək Balkan reytinqində birinci yeri qazanıb. O, qatıldığı 300-ə yaxın yarışın 90 faizində çempion olub. Yaşar Dadak arıqlama prosesindən danışarkən, "Arıqlayarkən heç vaxt "bunu yeməyəcəyəm, ondan az yeməyəcəyəm. İdmanla arıqladım və bu səviyyəyə çatdım", söyləyib
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya xəbərdarlıq etdi: Onlar məhv ediləcək!
21:24 17.11.2026
Aktual
Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb
21:12 17.11.2026
Hadisə
Britaniya Ukraynaya mindən çox raket verəcək
21:00 17.11.2026
Dünya
Parisdə keçirilən mitinqdə 28 min insan iştirak edib
20:37 17.11.2026
Dünya
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə