İran hökumətinin təhlükəsizlik məmurları dekabrın 19-da italiyalı jurnalist Çiçeliya Salani həbs ediblər.
Axar.az xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İslam Respublikasının hakimiyyət orqanları ilə əlaqə saxlamaq üçün bütün səylər başlayıb və İtaliyanın Tehrandakı səfiri Paula Amadinin dekabrın 27-də həbsxanada Sala ilə görüşə bilib”, - məlumatda deyilir.
Jurnalistin həbsi ABŞ tərəfindən axtarışda olan 38 yaşlı iranlı Məhəmməd Abedini Nəcəfabadinin dekabrın 16-da Milan hava limanında saxlanılmasından sonra baş verib.