Təyyarə qəzasında həlak olan 24 nəfərin nəşi tibbi ekspertizadan keçiriləcək

Qazaxıstanın Aktau şəhəri yaxınlığında aviasiya qəzası nəticəsində həlak olmuş soydaşlarımızdan daha 24 nəfərin nəşləri gətirildi.

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

O bildirib ki, onlar Patoloji Anatomiya Birliyinin 3 şöbəsinə aparılacaq: “Orada Baş Prokurorluğun İstintaq İdarəsinin qərarı əsasında məhkəmə tibbi ekspertizadan keçiriləcək. Daha sonra isə ekspert rəyi tərtib edilərək aidiyyəti üzrə Baş Prokurorluğun İstintaq İdarəsinə təqdim ediləcək. Soydaşlarımızın nəşi isə buradan aparılan avtomobillərlə bu gün onların dəfn olunacağı ünvanlara çatdırılacaq”.