Dünyanın ən gözəl simaları bəlli oldu! Siyahıda Türkiyədən də 5 nəfərin adı var

Klassik Hollivud ikonlarından tutmuş günümüzün müasir ulduzlarına qədər gözəllik həmişə diqqəti cəlb edir. Hər il olduğu kimi bu il də “The Candlers” 2024-cü ilin Ən Gözəl 100 Sifəti siyahısı açıqlanıb. 
Sherg.az xəbər verir ki, ən gözəl qadınların siyahısında Türkiyədən 5 ad var.

2011-ci ilin qalibi Emma Uotson 100-cü yerdə qərarlaşıb. 

Özge Yağız bu il siyahıda 97-ci yerdədir. 

Su Burcu Yazgı Coşkun siyahıda 83-cü yerdədir. 19 yaşlı gözəl ulduz Bir Gece Masalı serialında Burak Dənizlə birlikdə çəkilib. Su Burcu Yazgı Coşkunun son zamanlar şişirdilmiş makiyajı ilə diqqət çəkib.

Həm karyerası, həm də eşq həyatı ilə danışılan Sıla Türkoğlu siyahıda 74-cü yerdədir. 
25 yaşlı gözəl aktrisa İnstaqram sayəsində kəşf edilib. "Hürriyyət" qəzetindən Hakan Genceyə müsahibə verən Sıla Türkoğlu "İnstagram vasitəsilə kəşf olundum. Teatrda fotolarımı görən bir agentlik mənimlə əlaqə saxladı. Məni sınaq çəkilişinə göndərdilər və qəbul olundum" deyib.

Mert Ramazan Demirlə eşq yaşadığı ilə hər zaman maqazin gündəmində olan gözəl aktrisa Afra Saraçoğlu siyahıda 57-cidir. Ona yaxın yaşamasını istəyən məşhur aktrisa Afra Saraçoğlu anası üçün 80 min TL-yə ev kirayələyib.

Bəlkə də son zamanların ən məşhur adlarından biri olan Hande Erçel 25-ci sırada qərarlaşıb. Ekranlardan uzaqda olsa da hər zaman gündəmdə qalmağı bacaran Hande Erçelin Hakan Sabancı ilə eşq yaşamasından da danışılır.

Qeyd edək ki, Siyahının başında filippinli aktrisa, model və sahibkar Andrea Brillantes gəlir. 27 yaşlı gözəl ad bu ilin ən gözəl siması olub.