
Ekspert: Vətəndaşların silah əldə etməsi şəffaflaşdırılır
10:28 29.12.2024
Cəmiyyət
579
Mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Xidməti və mülki silah haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, mülki silahı əldə etmək istəyən vətəndaş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməli və bu orqana sağlamlıq haqqında tibbi arayışı və özünün Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidir.
Layihəyə əsasən, həmin sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilməyəcək. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunacaq və ya vətəndaş tərəfindən təmin ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza "Sherg.az"a deyib ki, vətəndaşların silah əldə etməsi şəffaflaşdırılır:

“Çünki artıq onlayn rejimə keçirilir. Onlayn olduğu zaman hər şey şəffaf olacaq. Yəni 18 yaşına çatmış, sağlamlığı yerində olan, cinayət məsuliyyətinə cəlb olunmamış insanlar silah almaq hüququ qazanacaq. Amma bəzən neqativ hallar baş verir. Lakin artıq onlayn olduğu zaman şəffaf. Çünki hər kəs sistemdə olacaq. Bu cür məncə daha yaxşıdır. Ümumiyyətlə məsələnin elektronlaşdırılması müəyyən neqativ halların qabağını almağı asanlaşdırılır. Bundan sonra yalnız kimin hüququ çatırsa, həmin şərtlər əsasında silah götürə bilər. Bəzi adamlar var idi ki, müəyyən yollarla arayış əldə edərək silah əldə edirdi. İndi isə həmin şəxslərin qarşısı alınacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Madonna, Şakira, BTS və Castin bir səhnədə!
07:44 10.07.2026
Şou
Mədə yanması – Həmişə qastrit deməkdirmi?
07:07 10.07.2026
Sağlamlıq
"Qarabağ" ən böyük uğuruna imza ata bilər - Gözəl
06:36 10.07.2026
İdman
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm