Narinin qətli ilə bağlı HÖKM: Ana, əmi və qardaşa ömürlük həbs cəzası verildi

Diyarbəkirdə öldürülən 8 yaşlı Narin Güranın işi ilə bağlı yekun qərar verilib.

"Sherg.az" CnnTürk-ə istinadən xəbər verir ki, məhkəmə Səlim Güran (əmisi), Yüksel Güran (anası) və Enes Güran (qardaşı) haqqında ömürlük həbs qərarı çıxarıb. 

Meyidi basdıran Nevzat Bəxtiyarın isə 4 il 6 ay müddətində həbsinə qərar verilib.