Ağ Ev: Əlamətlər təyyarənin Rusiya raketi ilə vurulduğunu təsdiqləyir

Ağ Ev Qazaxıstanda qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması ilə bağlı ilkin əlamətlər görüb.

APA xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Ehtiyac yaranarsa, biz həmin istintaqa öz köməyimizi təklif etmişik”, - Kirbi vurğulayıb.